Fotos
FİZİKA İNSTİTUTUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMA QATILIBLAR
Avg 24 , 2015 | 02:00 /
Oxunma ( 3702 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnovasiya sektorunun əməkdaşları,  böyük elmi işçi Xuraman Əhmədova və elmi işçi Yeganə Əliyeva Böyük Britaniya Krallığına daxil olan Şotlandiyanın Aberdin şəhərində ezamiyyətdə olublar. Ezamiyyətdə məqsəd “4-cü Beynəlxalq Enerji problemləri və Mexanika” (ECM 4) simpoziumundaiştirak etmək,Fizika İnstitutunda gənc alimlərin apardığı elmi-tədqiqat işlərini və  yeni elmi əlaqələr qurmaq imkanlarını dünya səviyyəsində müzakirə etməkolub.  X.Əhmədova və Y.Əliyeva 42 ölkə nümayəndəsinin (ABŞ, Fransa, İtaliya, Almaniya, Yaponiya və s.) iştirakı ilə keçirilmiş simpoziumun “Enerji tətbiqləri üçün nazik təbəqə texnologiyası adlı 23-cü sessiyada “Asfaltin nazik təbəqələrinə ellipsometrik baxış” və "Günəs elementlərinin tədqiqində ZnO və ZNO:Al nazik təbəqələri" adlı dəvətli məruzələrlə çıxış ediblər. Simpoziumun son günü institutun əməkdaşları sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.