Fotos
AMEA DENDROLOGİYA İNSTİTUTUNUN GƏNC ALİMİ TÜRKİYƏ EZAMİYYƏTİNİ BAŞA VURUB
Sen 18 , 2015 | 01:00 /
Oxunma ( 2953 )

AMEA Dendrologiya İnstitutunun gənc alimi, dissertant Əliyeva Şəbnəm Rafiq qızı Abşeronun torpaq, iqlim amillərinin oxşar xüsusiyyətlərə malik olduğunu  nəzərə alaraq  elmi-təcrübi tədqiqat işləri aparmaq məqsədi ilə Türkiyənin Akdeniz Universitesi Bioloji bölümü və Botanik Bahçesi Uygulama və Araşdırma Mərkəzindəki 3 aylıq ezamiyyət müddəti  başa çatdırmışdır.

Ezamiyyə dövründə Antalya bölgəsinin Kəmər, Bələk, Alanya və s. bölgələrində Akdəniz Univeristetinin əməkdaşları ilə birgə ekspedisiyalar təşkil edilmiş, Antalya və Abşeron dendroflorası müqayisəli təhlil edilmiş, herbarilər toplanmış, bir çox növlərin toxumları yığılmışdır. Tədqiqatın nəticəsi olaraq “Abşeron və Antalya bölgəsinin təbii və mədəni florasını müqayisəli təhlili” mövzusunda məqalə hazırlanmışdır.

Dissertasiya mövzüsuna uyğun olaraq Biqnoniyakimilər fəsiləsinin Chilopsis, Katalpa və Tekoma cinslərinə aid növlərin Antalya bölgəsində təbii və mədəni şəraitdə yayılmasının inkişaf dinamikası və fenologiyasının öyrənilməsi istiqamətində müşahidələr aparılmışdır. Həmin müddətdə Antalya bölgəsində tədqiq olunan növlərin bioloji inkişaf fazalarının Abşeron şəraiti ilə müqayisəli təhlil edilərək, tədqiqat  ərazilərindən  herbarilər toplanılaraq, gətirilən toxumların  Abşeron şəraitində çoxaldılması qarşıya məqsəd qoyulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.