Fotos
Radiasiya Problemləri İnstitutunda gənclər arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsi keçiriləcək
Sen 18 , 2015 | 05:00 / Mühim hadisələr
Oxunma ( 3118 )

Bu gün AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının novbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, f.-r.e.n. Rəvan Mehdiyeva  İnstitutda çalışan gənc alim və mütəxəssislərə yaradılan imkanlardan,  yeni rəhbərliyin  gənclərlə bağlı gələcək perspektivləri haqqında geniş məlumat verdi.

Şuranın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gündəlikdə duran məsələlər haqqında danışaraq qeyd etdi ki, İnstitutun strukturunda edilən dəyişikliklərlə əlaqədar, Şuranın tərkibinə yenidən baxılması məsələsi gündəmdədir.

 İnstititutun gənc alim və mütəxəssislərinin iştirak etdiyi iclasda səsvermə yolu ilə Şuranın İdarə Heyətinin yeni üzvləri seçildi. Daha sonra İdarə Heyətinin üzvləri öz aralarında Şuranın müavinlərini və elmi katibini müəyyənləşdirdi.

İclasın növbəti məsələsi kimi AMEA-nın 70 illiyinə həsr olunan İnstitutun doktorantları arasında keçiriləcək  «Ən yaxşı elmi-tədqiqat işi»  müsabiqəsinin təşkilatı işləri müzakirə olunaraq, belə qərara gəlindi ki, nəzərdə tutulan müasbiqə Şuranın təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında keçirilsin.

İclas öz işini digər təşkilati məsələlərin geniş müzakirəsi ilə başa çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.