Fotos
Gənc alimlər güclərini futbol meydançasında sınayıblar
Sen 21 , 2015 | 12:00 / İdman yarışları
Oxunma ( 3817 )

Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin təşkilatçılığı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dəstəyi ilə 14-18 sentyabr tarixlərində Novxanı qəsəbəsində yerləşən AF Hoteldə "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda X Beynəlxalq Seysmoloji Seminar-Məktəbi keçirilib. 15 sentyabrda  AF Hotelin stadionunda saat 18:00-da 4 komanda olmaqla dostluq futbol yarışı keçirilib. Komandalar şərti olaraq beynəlxalq komanda, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası, digər iki komanda Rusiyanın gənc alimlərindən təşkil olunan komandaları adlandırılıb.

İlkin nəticələr aşağıdakı kimi qeydə alınıb: 1-ci və 3-cü komanda arasında 0:1 və 2-ci və 4-cü komanda 5:0, 2-ci və 3-cü komanda arasında 0:0 hesab qeydə alınıb.

Sonda Respublika Seymologiya Xidməti Mərkəzinin komandası Beynəlxalq komandaya 1:0 hesabı ilə qalib gəlib.

Qaliblər və iştirakçı komandalar sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.