AMEA Mərkəzi Nəbatat Bağının Elmi işlər üzrə direktor müavini Qazaxıstanda səfərdə olub
Sen 30 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2965 )

Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən Beynəlxalq Elmlər Akademiyası Assosasiyasının MDB ölkələri Nəbatat Bağları Şurasının III qurultayına dəvət olunan AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.ü.f.d., Vahid Fərzəliyev tətbirdə məruzə ilə çıxış edib.
Qurultayda MDB ölkələri Nəbatat Bağları Şurasının ayrı-ayrı ölkələr üzrə nadir və nəslikəsilməkdə olan bitkilər, landşaft memarlığı və fitodizayn, invaziv növlər və biotexnologiya komissiyalarının  hesabatları dinlənilmişdir. Tədbirdə Şuranın gələcək planları üzrə qətnamə qəbul edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.