AMEA BOTANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI İSVEÇRƏYƏ EZAM OLUNUB
Okt 01 , 2015 | 03:45 / Mühüm hadisələr
Oxunma ( 3078 )

AMEA Botanika İnstitutunun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov 2015-ci ildə İsveçrə, Çexiya, Albaniya və Serbiyalı həmkarları ilə birlikdə İsveçrə Milli Elm Fondunun (SNF) təsis etdiyi SCOPES qrant layihəsinin qalibi olub. Layihə qida məhsullarından istifadə səmərəliliyinin artırılması üzrə Qərbi və Şərqi Avropa dövlətlərinin institutlararası elmi əməkdaşlığının genişləndirilməsinə yönəldilib. Üç il davam edəcək layihə çərçivəsində gənc alimlərin təcrübələrinin artırılması məqsədilə seminar və treyninqlərin keçirilməsi də nəzərdə tutulur.
Lahiyənin koordinatoru Ə.Məmmədov və AMEA İnnovasiya şöbəsinin rəisi, a.ü.f.d. Vuqar Babayev İsveçrənin Cenevrə və Nyon şəhərlərində SCOPE Layihəsi üzrə təsis yığıncağında iştirak ediblər. Tədbirdə Ə.Məmmədov “Torpaq-bitki sistemində inteqrasiyalı idarə” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı iştirakçılar son illər Dövlət tərəfindən elmin dəstəklənməsi və Azərbaycan Milli Elmlər Akademiyasında aparılan əsaslı yeniliklər və innovativ inkişaf fəaliyyəti haqqında da məlumat veriblər. Müzakirələr zamanı təşkilatlararası gələcək əməkdaşlıq üçün təkliflər verilib və ekoloji tarazlığı saxlamaqla təkrar istehsal və minimum çirklənməyə hesablanmış bir neçə istehsal obyektləri və təsərrüfatlarına da baxış keçirilib.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.