AMEA Botanika İnstitutunun alimləri Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak ediblər
Okt 03 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 3457 )

Elmi informasiya və innovasiya şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və AMEA Botanika İnstitutu Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Naibə Mehdiyeva Tbilisi Botanika İnstitutunda Missuri Botanika Bağı tərəfindən təşkil olunmuş “Qafqazın dərman bitkilərinin tədqiqi və mühafizəsi” mövzusunda beynəlxalq toplantıda iştirak ediblər. Tədbirdə Qafqazın nadir dərman bitki növlərinin siyahısı tərtib edilib və onların ətraflı tədqiqi üçün fəaliyyət planı hazırlanıb. Müştərək tədqiqatların nəticəsi olaraq elmi əsərin nəşri nəzərdə tutulub.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.