Fiziologiya və tibb üzrə bu ilin Nobel mükafatçıları məlum olub
Okt 05 , 2015 | 01:50 /
Oxunma ( 3213 )

İsveçin Stokholm şəhərində “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçılarının adları açıqlanıb. Bu il mükafat iki sahədə araşdırmaya görə müəyyən edilib. İrlandiyalı Vilyam Kampell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya və çinli Yuyu Tu malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.

Qeyd edək ki, oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək.

İqtisadiyyat üzrə Nobel mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.

Komitənin internet səhifəsində bildirilib ki, ədəbiyyat üzrə Nobel mükafatının vaxtı hələlik məlum deyil.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.