Fotos
"Akademik Elm həftəliyi - 2015" forumuna hazırlıq məsələləri müzakirə olunub
Okt 08 , 2015 | 04:00 / Mühim hadisələr
Oxunma ( 1696 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirildi. Şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi. O, rəhbərlik etdiyi qurumun beynəlxalq səviyyəli növbəti uğura imza atacağını bildirdi: "Məlum olduğu kimi qarşıdan AMEA-nın 70 illiyi yaxınlaşır. Bununla əlaqədar Şuranın təşkilatçılığı ilə "Akademik Elm həftəliyi - 2015" beynəlxalq multidissiplinar Forum təşkil olunacaq. Bu möhtəbər tədbirin formatı əvvəlki tədbirlərimizdən fərqlənir. Belə ki, forum çərçivəsində həm elm adamları ilə dövlət, özəl, biznes və KİV nümayəndələrinin iştirakı ilə aktual mövzularda panel müzakirələr təşkil olunacaq və həmin müzakirələrdə nüfuzlu şəxslərin ekspert kimi iştirakı nəzərdə tutulub. Eyni zamanda gənc alimlərin 4 prioritet elmi istiqamətlər üzrə konfransı keçiriləcək. Konfransa ümumilikdə 260-a yaxın tezis qəbul olunub, onlar arasında 22 ölkədən 80-dən çox tezis də vardır. Hazırda həmin tezislərin ekspert qiymətləndirilməsi aparılır. Bu proses başa çatdıqdan sonra konfransın plenar və panel seksiyalarında məruzə edəcək, xarici və yerli gənc alimlərin adları açıqlanacaq. Amma istənilən halda bütün tələblərə cavab verən tezislərin hamısı toplu şəklində çap olunacaq". F.Salmanov AMEA-nın 70 illiyinə töhvə kimi Bakı və regionlarda seçilmiş orta məktəblərdə Akademiyanın ayrı-ayrı bölmələri üzrə elm guşələrinin yaradılması prosesinə də başlanıldığını, həmin guşələr üçün lazım olan materialların yerli sədrlər tərəfindən toplanıb verilməsinin məqsədəuyğunluğunu bildirdi.

İclasda Gənc Alim və Mütəxəssislər Şurasının nizamnaməsinə edilən əlavə və dəyişikliklər, "Gənc tədqiqatçı" jurnalın növbəti sayına məqalə qəbulu, www.gencalimler.az saytında xəbərlərin yenilənməsi ilə bağlı və sair məsələlər müzakirə olundu.

Sonda AMEA Gənc və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərindən - fəlsəfə üzrə fəlsəfə doktoru Roidə Rzayeva, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev gündəlikdə duran məsələlərə münasibətini bildirdilər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.