Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri açıqlandı
Okt 12 , 2015 | 12:13 / Elmi müsabiqələr
Oxunma ( 3535 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Elmin İnkişafı Fondu) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı elmi kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumlarda (dövlət qurumları, qeyri-hökumət təşkilatları və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011- ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə tədbirlər planının 6.3.2 bəndinə əsasən elmi prioritetlərinə uyğun olaraq elan 2 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU SCIENCE DEVELOPMENT FOUNDATION under the President of the Republic of Azerbaijan ФОНД РАЗВИТИЯ НАУКИ при Президенте Азербайджанской Республики edilərək keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) nəticələrini ELAN EDİR: 1. Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin keçirilməsi haqqında qərarını 2014-cü il 10 noyabr tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddət olaraq 2014-cü il 14 noyabr – 29 dekabr tarixlərini müəyyənləşdirmişdir. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir. 2. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olmuş, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmiş və layihələrin texniki və elmi ekspertizası işi təşkil olunmuşdur. 7 layihə texniki ekspertiza mərhələsindən keçməmişdir. Layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunmuşlar. 3. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlamışdır. 4. Yekun sənədlər toplusuna Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən baxılmış, ekspertiza qaydalarına uyğun olaraq layihələrin maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunmuş və yekun qərar qəbul edilmişdir. 5. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə 3 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU SCIENCE DEVELOPMENT FOUNDATION under the President of the Republic of Azerbaijan ФОНД РАЗВИТИЯ НАУКИ при Президенте Азербайджанской Республики müəyyənləşdirilmiş (siyahı ayrıca olaraq verilir) və Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunmuşdur. 6. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə hər bir qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə (lazımi sənədlər toplusu hazırlanmaqla) müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir. 7. Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.

http://sdf.gov.az/qrant/GAM-3-musabiqe_qalibler%20-%2012.10.2015.pdf

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.