Fotos
Akademik Ağadadaş Əliyevin 75 illik yubileyi qeyd edildi
Okt 16 , 2015 | 01:00 /
Oxunma ( 3183 )

Oktyabrın 16-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 75 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev A.Əliyevin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində tanınmış alim Ağadadaş Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azər­­bay­can Sənaye İnstitutunun Mexa­nika fakültəsini bitirən alim 1969-cu ildə kimya üzrə namizədlik,1985-ci ildə isə texnika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1985-ci ildə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçil­ib. Kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun elmi fəaliyyətinin əsasını təşkil edir. A.Əliyevin rəhbərliyi ilə sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib. O, 550-dən çox elmi əsərin, 50 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Tədbirdə çıxış edənlər ömrünün 45 ildən çoxunu elmə həsr edən A.Əliyev haqqında ürək sözlərini bildirib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda akademik ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun kollektivinə minnətdarlığını bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.