Dilçilik İnstitutunun doktorantı Türkiyədə konfransda iştirak edib
Okt 16 , 2015 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 3236 )

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun doktarantı Elçin İbrahimov Türkiyənin Çanaqqala şəhərində keçirən VIII Dünya dili türkcə konfransında iştirak etmişdi. O, konfransda məruzə ilə çıxış etmiş və TRT kanalına müsahibə verərək Azərbaycanda dilçiliklə bağlı keçirilən tədbirlər haqqında məlumat verib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.