Fotos
Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı VIII Beynəlxalq Atatürk konfransında iştirak edib
Okt 17 , 2015 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3431 )

13-16 oktyabr 2015-ci il tarixində Gəncə şəhərində dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi bu elmi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsinin doktorantı və kiçik elmi işçisi Aynurə Paşayeva iştirak edib. Gənc doktorant konfransda “Atatürk Azərbaycan milli mətbuat orqanlarında” mövzusunda məruzə ilə çıxış edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.