Fotos
AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ ÜZVLƏRİ S.C. PİŞƏVƏRİ ADINA RESPUBLİKA HUMANİTAR FƏNNLƏR GİMNAZİYASINDA GÖRÜŞ KEÇİRİBLƏR
Okt 23 , 2015 | 01:16 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3207 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə noyabr ayında  məktəblilər arasında akademiyanın 70 illik yubileyinə həsr olunmuş müxtəlif fənnlərdən ibarət bilik yarışmasının təşkil olunması nəzərdə tutulur.  Bilik yarışması S.C. Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının VI-X sinif şagirdləri arasında təşkil olunacaq. Bu məqsədlə həmin gimnaziyada müdriyyət və müəllim kollektivi ilə Təşkilat komitəsinin  görüşü keçirilib. Görüşdə  komitənin  üzvləri AMEA Fizika İnstitutu GAMŞ-ın sədri fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, AMEA Eroziya və Suvarma İnstitutu GAMŞ-ın sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu GAMŞ-ın sədri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Cəmilə Allahverdiyev açıb. O, şagirlərə AMEA-nın tarixi haqqında məlumat verib və alimlik zirvəsindən danışıb.

Tədbir Suma Hüseynovanın çıxışı ilə davam edib. O, layihə haqqında iclas iştirakçılarına məlumat verib. Bildirib ki, məktəblilər arasında belə bilik yarışmasının  keçirilməsində məqsəd şagirdlər arasında elmə maraq yaratmaq, həm də onlara kütlə qarşısında sərbəst çıxış və öz biliklərini nümayiş etdirməyi öyrətməkdir. Bilik yarışması çərçivəsində müxtəlif siniflərdən ibarət şagirdlərdən humanitar, dəqiq elmlər üzrə qruplar yaradılacaq. Sədr qeyd edib ki, mövzular AMEA-nın gənc alimləri tərəfindən məktəblilərə təqdim olunacaq. Şagirdlər istəklərindən asılı olaraq təqdimatlarını müxtəlif dillərdə (Azərbaycan, rus və ingilis ) nümayiş etdirə biləcəklər. Hər təqdimata 10-15 dəqiqə vaxt ayrılacaq.   Hazırlıq üçün isə yarış iştirakçılarına  bir ay vaxt veriləcək. Qaliblərə  sertifikat və  mükafatın  verilməsi, həmçinin, AMEA-nın institutlarına ekskursiyaların təşkili  nəzərdə tutulur.  

Aqrar elmlər üzrə fəlsəfə doktoru  İzzət Talıbov və tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov da  layihə haqqında fikirlərini müəllim və şagird heyəti ilə bölüşüblər, yarış iştirakçılarına uğur arzulayıblar. 

Daha sonra  Bəxtiyar Cəlilov “Azərbaycan tarixinin mədəni irsi” adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və  mövzu ətrafında şagirdlərin çoxsaylı sualları cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.