AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ GƏNC TƏQAÜDÇÜSÜ TƏHSİLİNİ BAŞA VURUB
Okt 23 , 2015 | 04:00 /
Oxunma ( 3015 )

AMEA Mərkəzi Nəbatat Bağının doktorantı Fərid Seyfullayev 2014-cü ilin sonunda “Erasmus Mundus Alrakis 2” təqaüdünün qalibi olaraq 10 ay müddətində Almaniyanın Georg August Universitetinin Polinologiya və İqlim Dinamikası departamentində tədqiqat aparıb.

F.Seyfullayev Professor Hubertus Leuschnerin rəhbərliyi altında fossil və subfossil oduncaq nümunələrinin toplanması, işlənməsi və analizi metodlarına yiyələnib, sərbəst şəkildə bir neçə tarixi binadan və torf bataqlıqlarından götürmüş arxeoloji oduncaq nümunələri üzərində analizlər apararaq praktiki bacarıqlarını genişləndirib.

Ezamiyyət müddətində gənc tədqiqatçı Georg August Universitetində 2 semest müddətində Meşələrin monitorinqi, Ekoloji modelləşdirmə, Bitkiliyin tarixi, ARCGİS üzrə təlimlər keçib, R statistika və İmage J şəkil analiz proqramının istifadəsi, Elmdə şəbəkələşmə kimi qısamüddətli kurslarda iştirak edib.

Qeyd edək ki, F.Seyfullayev AMEA Gənc Alim və Mütəxəsislər Şurasının Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri kimi bir sıra xarici təşkilatlarla əməkdaşlıq barədə müzakirələr aparıb və danışıqların nəticəsi kimi Almaniyanın Gənclər Akademiyasının rəhbəri Dr. Ruth Bendelsin 2-4 noyabr 2015 ci il tarixlərində AMEA GAMŞ-nın təşkil edəcəyi “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumda iştirakı nəzərdə tutulub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.