“Akademik elm həftəliyi – 2015” Forumunda maraqlı məruzələr dinlənilib
Noy 03 , 2015 | 12:20 / Mühüm hadisələr
Oxunma ( 3385 )

Tədbirin ikinci iş günüdə Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi kimya İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumu çərçivəsində məruzələr dinlənilib. Toplantının proqramına 4 panel üzrə akademiyanın yer, kimya, humanitar, fizika, riyaziyyat-mexanika, texnika, biologiya-tibb və aqrar elmlər üzrə ixtisaslaşmış institutlarının əməkdaşlarının, həmçinin müxtəlif xarici ölkələrin gənc alimlərinin ümumilikdə 150 məruzəsi daxil edilib. Məruzələrdən sonra iştirakçılara tezislərinin çap olunduğu konfrans materialları və sertifikatlar təqdim olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.