Alimlər üçün gənclik yaş senzinin 40-a qaldırılması təklifi ilə Milli Məclisə müraciət ediləcək
Noy 05 , 2015 | 02:14 / Mühüm hadisələr
Oxunma ( 3479 )

Azərbaycan Gənclər və İdman Nazirliyi alimlər üçün gənclik yaş senzinin 40 yaşa qaldırılması məqsədilə “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin edilməsi təklifi ilə Milli Məclisə müraciət edəcək.

Bunu Trend-ə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini qeyd edib ki, “Gənclər siyasəti” haqqında qanunda “gənc ailə”, “gənclər təşkilatları”, “gənc vətəndaş” anlayışları göstərilsə də, “gənc alim” bir anlayış kimi qeyd edilməyib: "Buna görə də “gənc alim” anlayışının da qanuna daxil edilməsi zərurəti var. Biz gənc alimin gənclik yaş senzinin 40 yaşadək artırılmasını düşünürük və bu barədə təkliflərimizi parlamentə təqdim edəcəyik. Ancaq son nəticəni parlament deyəcək. Yeni parlament seçildikdən sonra biz “Gənclər siyasəti haqqında” qanuna əlavə və düzəlişlərin edilməsi üçün təkliflər paketimizi təqdim edəcəyik”.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.