Gənc doktorant Antalya şəhərində Beynəlxalq Sosial Elmlər və Təhsil Araşdırmaları Konfransında məruzə edib
Noy 10 , 2015 | 10:01 / Mühüm hadisələr
Oxunma ( 3372 )

29-31 oktyabr 2015-ci il tarixində Türkiyənin Antalya şəhərində Beynəlxalq Sosial Elmlər və Təhsil Araşdırmaları Konfransı keçirilib. International Journal of Social Sciences & Education Research (IJSSER) və Süleyman Dəmirəl Universitetinin birgə təşkil etdiyi bu elmi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Yeni Dövr Azərbaycan Ədəbiyyatı” şöbəsinin doktorantı Fatma Hüseynova iştirak edib. Gənc doktorant "Labor features with classical heritage relations of the staff in 'Molla Nesreddin' journal" mövzusunda məruzə ilə çıxış edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.