Fotos
RSXM-də məktəblilər üçün "Açıq qapı" təşkil olunub
Noy 12 , 2015 | 01:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3900 )

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi  zəlzələlər, onların baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları ilə bağlı məktəblilər arasında maarifləndirmə işini davam etdirir.

 Avropa Azərbaycan məktəbinin şagirdləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, "Əməkdar elm xadimi" Qurban Yetirmişli əvvəlcə qonaqlara mərkəzin işi ilə bağlı ətraflı məlumat verib. 

Daha sonra RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova "Zəlzələlər, onların yaranma səbəbi və baş verən zəlzələlər zamanı davranış qaydaları" haqqında təqdimatla çıxış edib. Həmçinin məktəblilərin mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.

 

Tədbirə məktəblilərin AMEA nəzdində RSXM-in Monitoriq Mərkəzinin işi ilə yaxından tanış olması ilə yekun vurulub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.