Fotos
ABŞ-ın Emory Universitetinin professoru AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib
Noy 12 , 2015 | 06:00 / Mühim hadisələr
Oxunma ( 1054 )

Noyabrın 12-də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda bu elmi müəssisənin Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Cəmaləddin Musayev, AMEA Kimya Elmləri Bölməsi institutlarının, Fizika İnstitutu və Bakı Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

İclası giriş sözü ilə açan Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, mərkəz kimya elminin müasir aktual problemlərinin həlli istiqamətində multidissiplinar tədqiqatlar həyata keçirir. Akademik D.Tağıyev mərkəzin direktoru, professor Cəmaləddin Musayevin iclasa dəvət olunmasında əsas məqsədin institut ilə mərkəz arasında əməkdaşlıq əlaqələrinin qurulması olduğunu qeyd edib.

Sonra professor Cəmaləddin Musayevin “Yeni katalizator və texnoloji dizayn istiqamətində çoxprofilli və multidissiplinar tədqiqatlar” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.