Fotos
AMEA-nın 70 illiyinə gənc alimlərdən daha bir töhfə
Noy 12 , 2015 | 05:00 / Elmi müsabiqələr
Oxunma ( 2942 )

Bu ilin sentyabr ayında start götürən və AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası təşkilatçılığı və Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə AMEA-nın 70 illiyinə həsr olunan İnstitutun doktorantları arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsinə təşkilatın 20-yə yaxın gələcəyin alimləri müraciət etmiş və Espert Komissiyası tərəfindən 9 dokturantın elmi-tədqiqat işi finala layiq görülmüşdür.

Bu gün İnstitutda elmi müsabiqənin final mərhələsi baş tutdu. Tədbiri giriş sözü ilə açan İstitutun direktoru, prof. Oktay Səmədov Akademiyada yubiley münasibətilə təşkil olunan tədbirlərdən danışaraq, qeyd etdi ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası da ümumi missiyaya layiqli şəkildə qoşulması sevindirici haldır. Gənc doktorantlar arasında keçirilən belə müasabiqələrin əhəmiyyəti haqqında nitqinə davam edən rəhbər, Şuranın fəaliyyətini yüksək qiymətləndirməklə bərabər, sonda finalçılara uğur arzuladı.

Bundan sona müsabiqənin şərtlərinə uyğun olaraq, finalçılar fərdi şəkildə təqdim etdikləri işlərin aktuallığı, elmi-praktiki həmiyyəti və alınan nəticələrlə bağlı məruzələr etdilər. Ekspert Komisiyasının qiymətləndirilməsi əsasında müsabiqənin qalibləri məlum oldu. Belə ki, elmi müsabiqənin qalibi Ülviyyə Quliyeva, ikinci və üçüncü yerlərin sahibləri isə Günel Qocayeva və Murad Cahangirov oldu.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərinin də iştirak etdiyi tədbirdə İnstitutun direktoru müsabiqənin iştirakçılarına müvafiq sertifikat, diplom və pul mükafatları təqdim etdi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.