Fotos
BOTANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MÜKAFATLANDIRILIB
Noy 13 , 2015 | 11:39 /
Oxunma ( 4354 )

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 05 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Akademiyanın 90-a yaxın əməkdaşı Azərbaycan elminin inkişafında xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunublar. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, mükafat alanlar arasında AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə “Şöhrət” ördeninə və Bioinformasiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Tərəqqi” medalına layiq görülüblər.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.