Fotos
Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Tarix və müasirlik” mövzusunda seminar keçirib
Noy 13 , 2015 | 11:49 / Mühüm hadisələr
Oxunma ( 4629 )

11 noyabr 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Tarix və müasirlik” mövzusunda seminar keçirildi. İnstitutun direktoru, akademik Akif Əzizov seminar iştirakçılarını AMEA-nın 70 illik yubileyi münasibəti ilə təbrik edərək, gənclərə elmi işlərində uğurlar arzuladı. Seminarı giriş sözü ilə şuranın sədri k.ü.f.d. Sevil Maşayeva açdı. İlk əvvəl dinləyicilərə AMEA-nın 70 illik tarixindən bəhs edən video çarx təqdim olundu. Daha sonra institutun kiçik elmi işçiləri Xəlilova Sənəm “Akademiyanın 70 illik tarixi”, Əliyeva Afət “Akademiya simalarda: Yusif Məmmədəliyev” mövzuları üzrə məruzə etdilər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.