Polimerlər İnstitutunun doktorantı beynəlxalq konfransda məruzə edib
Noy 13 , 2015 | 12:02 /
Oxunma ( 2952 )

27 oktyabr – 1 noyabr 2015-ci il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevdə “The 1st Turkish International World Conference on Chemistry Sciences and Technologies ” adlı beynəlxalq  konfrans keçirilib. Həmin tədbirdə AMEA-nın Polimer Materialları İnstitutunun GAMŞ-nın üzvi, 7 saylı laboratoriyanın elmi işçisi, doktorantı Kərimova Səidə Səyəddin qızı da “The reactivity of polybromine – containing dienes and their ability to complexation” məruzəsini edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.