Fotos
AMEA Mikrobiologiya İnstitutunda məktəblilərlə görüş keçrilib
Noy 19 , 2015 | 03:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3568 )

19 noyabr 2015-ci il tarixdə AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi rayonunun 83 saylı məktəb-liseyin 6-cı sinif şagirdləri  üçün "CANLI ALƏMƏ SƏYAHƏT – MİKROORQANİZMLƏRİN CANLI ALƏMDƏ YERİ VƏ ROLU” mövzusunda  tədbir keçirilib.

 AMEA-nın Gənc Alım  və Mütəxəsislər Şurasının sədri Vüsalə Xəlilzadə tədbirin əhəmiyyətindən danışaraq, belə bir marifləndirici  görüşün  şagirdlərin dünya görüşünün  formalaşması, onlarda kiçik yaşlardan elmə maragın artmasında müəyyən rol oynayacağını bildirib.

Sonra İnstitutun “Ekoloji mikrobiologiya” laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Qasımova Aygün "CANLI ALƏMƏ SƏYAHƏT – MİKROORQANİZMLƏRİN CANLI ALƏMDƏ YERİ VƏ ROLU” mövzusunda məruzə edib. Nümayiş olunan slayt təqdimat isə balacaların marağına səbəb olub.

Məktəblilərə Mikrobiologiya İnstitutunun yerləşdiyi Mərkəzi Nəbatat Bağı ilə yaxından tanış olmaq imkanı da yaradılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.