Fotos
Gənc kimyaçı alimlərə “Akademik Murtuza Nağıyev” adına mükafat verildi
Noy 23 , 2015 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 2418 )

23 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda illik hesabatların dinlənilməsinin yekunları və “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi ilə əlaqədar gənc alim və mütəxəssislərin iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirildi.

Iclası giriş sözü ilə açan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki , şöbə və laboratoriyalar üzrə aparılan elmi tədqiqat işlərinin hesabatlarının dinlənilməsi bu gün başa çatır. O, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən danışaraq bildirdi ki, biz kimyaçıların qarşısında da ,mühüm vəzifələr durur və növbəti il üçün elmi- tədqiqat planları hazırlanarkən ölkə başçısının irəli sürdüyü elmi prioritet istiqamətlər əsas götürülməli və xüsusilə innovativ xarakterli tədqiq0.at işlərinə üstünlük verilməlidir.

Daha sonra akademik Dilqəm Tağıyev gənclərə göstərilən diqqət və qayğıdan danışdı və 2015-ci ildə institutda çalışan gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdi.O, bildirdi ki, bu il 2 gənc tədqiqatçı AR Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Mütəxəssislərin III-cü Müsabiqəsinin qalibi olmuşdur. Sonra o, “Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarını iclas iştirakçılarının diqqətinə çatdırdı. Mükafatın qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın yaradıldığını bildirən Dilqəm Tağıyev institut gənclərindən 4 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi və irəli sürülmüş namizədlərdən ikisinin fəaliyyətinin komissiya tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

Sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqladı.

Tədbirdə müsabiqənin qalibləri, kimya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zümrüd Şabanovaya və elmi işçi Sevinc Osmanovaya elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə təltif olundular.

Sonda akademik D.Tağıyev diploma layiq görülən institutun gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.