Fotos
AMEA Mikrobiologiya İnstitutnda tələbələr üçün elmi seminar təşkil olunub
Noy 26 , 2015 | 09:42 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3961 )

25 noyabr 2015-ci il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci il fəaliyyət planına uyğun olaraq elmin təbliği məqsədilə növbəti seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Biotibbi texnologiya mühəndisliyi” fakültəsinin 3-cü kurs tələbələləri üçün təşkil olunub. "CANLI ALƏMƏ SƏYAHƏT – MİKROORQANİZMLƏRİN CANLI ALƏMDƏ YERİ VƏ ROLU” mövzüsunda məruzə edən AMEA-nin Mikrobiologiya İnstitutunun “Ekoloji Mikrobiologiya” laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova mikroorqanizmlər haqqında ümumi məlumat verib və tələbələri maraqlandıran sualları da ətraflı cavablandırıb. Sonra “Biokimya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İlham Əliyev,  Mikrobiologiya İnstitutunun Gənc Alım və Mütəxəsislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Xəlilzadə, Şuranın katibi Əfsanə Hüseynova məruzə ətrafında fikirlərini bildiriblər.

Tələbələrdə biologiya elminə maragın artması üçün “Biokimya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Baxşəliyeva və “Ekoloji mikrobiologiya” laboratoriyasının kiçik elmi işçisi Lalə Əliyeva, “Su mikrobiologiyası” laboratoriyasının kiçik elmi işçisi Gülnarə Həsənova isə əyani nümunələr üzərində təcrübi məlumatlar veriblər və tələbələri laboratoriyanın işi ilə yaxından tanış ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.