Fotos
AMEA MƏRKƏZİ NƏBATAT BAĞI YENİ MEMORANDUM İMZALAYIB
Dek 02 , 2015 | 02:04 / Görüşlər
Oxunma ( 3507 )

Qazaxıstanın Cezqazqan Nəbatat Bağının bir qrup mütəxəssisi AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar. Mərkəzi Nəbatat Bağının direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə qonaqlarla görüş zamanı Bağın tarixi, strukturu, fəaliyyət istiqamətləri, o cümlədən, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qazaxıstanlı alimlər Bağın canlı kolleksiyasından, aparılan elmi işlərin nəticələrindən məmnun qaldıqlarını bildirərək, gələcəkdə əməkdaşlıq imkanlarının mümkünlüyü və əhəmiyyətini qeyd ediblər. Həmçinin təşkil olunmuş seminarda qonaq k.t.e.n. Naşenova Gülnarə “Cezqazqan Nəbatat Bağının müasir vəziyyəti” mövzusunda çıxış edərək təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı beynəlxalq layihələrdə iştirak və elmi-praktik forumların təşkili təcrübəsinin bu əməkdaşlıq üçün əhəmiyyəti xüsusi vurğulanıb.
     İki qurum arasında Əməkdaşlıq haqqında Memorandum AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., AMEA-nın müxbir üzvü Validə Əlizadə və Cezqazqan Nəbatat Bağının direktoru, b.e.n. Naşenov Janqaozı Bolatoviç tərəfindən imzalanıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.