Gənc alim və mütəxəssislər şurasının növbəti iclası keçirildi
Fev 20 , 2014 | 11:48 / Mühim hadisələr
Oxunma ( 1190 )

Bu gün AMEA-nın Əsas binasında Gənc alim və mütəxəssislər şurasının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA Radiasiya Problemləri İnstitutununəməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər barədə məlumat verdi.

O, bölmələrin hesabatı haqqında məlumatların əlyetərliyini təmin etmək məqsədilə bölmə katiblərinin seçilməsinin zəruriliyini vurğuladı. AMEA-da bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsi, tanınmış alimlərlə görüşlərin təşkili, yeni layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən söz açdı.

Sonra səsvermə yolu ilə Vüqar Fərəcov Yer Elmləri Bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov Aqrar Elmlər Bölməsi, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov Kimya Elmləri Bölməsi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Humanitar Bölmə, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov İctimai Bölmə, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova Fizika-Riyaziyyat və Texnika Elmləri BölməsiAidə Dadaşova isəBiologiya və Tibb Elmləri Bölməsi üzrə məsul şəxslər seçildilər.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəliliçıxış edərək bildirdi ki, 2010-cu ilin yanvarından fəaliyyətə başlamış qurumun əsas məqsədi mədəni irsin öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin aparılması, milli və mənəvi dəyərlərin öyrənilməsi, təbliği, tarixi abidələrin, digər obyektlərin təmiri və bərpasına kömək etməkdir. F.Xəlili İctimai Birlik tərəfindən müxtəlif konfrans, seminar və sərgilərin təşkil edildiyini bildirdi.

Qeyd etdi ki, 2010-cu ilin mart ayında MİRAS İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyininəməkdaşlarından ibarət birgə ekspedisiya Orta Əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara başlamış, zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarını aşkarlamışlar. Hazırda həmin ərazidə turizm kompleksi yaradılır və tədqiqatlar davam etdirilir.

Sonda F.Xəlili iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafının zəruriliyini vurğuladı.

Tədbirdə Şuranın Nizamnaməsinin son variantının hazırlanması, 2014-cü il üçün Fəaliyyət Planı, veb-saytın hazırlanması və s. məsələlər müzakirə edildi, təklif və tövsiyyələr səsləndirildi.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.