Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Minskdə gənc alimlərin elmi forumunda iştirak edib
Dek 04 , 2015 | 01:32 / Mühüm hadisələr
Oxunma ( 11594 )

01-04 dekabr 2015-ci il tarixlərində Minsk şəhərində Belarus Milli Elmlər Akademiyası Gənc Alimlər Şurasının təşkilatçılığı ilə "Gənclik elmdə - 2015" adlı gənc alimlərin XII beynəlxalq konfransı keçrilib. 12 ölkədən 300-ə yaxın gənc alimin qatıldığı bu tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov təmsil edib. İlk olaraq Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin foyesində sərgi təşkil olunub. Sərgi ilə tanış olan tədbir iştirakçılarına xüsusən Belarus gənc alimlərinin əldə etdiyi elmi nailiyyətlər haqqında məlumat verilib. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Belarus Milli Elmlər Akademiyasının prezidenti, akademik  Vladimir Qusakov qonaqlari salamlayaraq, rəhbərlik etdiyi qurumda son illərdə həyata keçirilən və qazanılan elmi uğurlar haqqında geniş məlumat verib. Belarus Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Andrey İvanoviç Forumun məqsədi və əhəmiyyəti, tədbirə qatılan iştirakçı ölkələr haqqında danışıb.
İkinci iş günündə Forum seksiyalar üzrə öz işini davam etdirdi.
Belarus Milli Elmlər Akademiyası Gənc Alimlər Şurasının 50 illiyinə həsr olunan "Gənclik elmdə" seksiyasında Müsdəqil Dövlətlər Birliyinə üzv respublikaların Gənc Alim və Mütəxəssislər Şuralarının nümayədələri  - Rusiya Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Andrey Kotelnikov, Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov və Ukrayna Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Anna Profomenko iştirak ediblər və hər bir sədr öz rəhbərlik etdikləri Şuralar tərəfindən reallaşdırılan tədbirlər haqqında məlumat veriblər.
Forum çərçivəsində Azərbaycan və Belarus Gənc Alim və Mütəxəssislər Şuraları rəhbərləri arasında görüş keçrilib və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Konfrans 04 dekabr 2015-ci il tarixdə öz işini başa vurub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.