Fotos
AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası hesabat verib
Dek 05 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 4730 )

Dekabrın 4-də AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri AMEA prezidenti, GGİ-nin direktoru, akademikAkif Əlizadə açıb. O, əvvəlcə AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarları haqqında ətraflı məlumat verib.

İclasda İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov şuranın 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat verib.
İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.