Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirildi
Dek 08 , 2015 | 05:46 / Mühim hadisələr
Oxunma ( 7765 )

08 dekabr 2015-ci il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirildi. İlk öncə tədbir iştirakçıları dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həlak olanların xatirəsini bir dəqiqə sükutla yad etdilər. Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verdi. O, “Gənc tədqiqatçı” jurnalının növbəti sayının Akademiyanın bütün elmi bölmələrini əhatə etməsinin zəruriliyini bildirməklə, bu istiqamətdə İnstitut yerli Şura sədrlərini fəallıq göstərməyə dəvət etdi.

Redaksiya heyətinin üzvi, dosent Faiq Məmmədov  “Gənc tədqiqatçı” jurnalının 2-ci sayı üçün artıq 21 məqalə daxil olunduğunu bildirdi. O, hətta xarici ölkələrdən “Gənc tədqiqatçı” jurnalına maraq olduğunu, Polşa və Özbəkistandan 2 məqalə göndərildiyini vurğuladı.

Gündəlikdə duran ikinci məsələdən söz salan Şura sədri F.Salmanov AMEA-nın bəzi institutları üzrə Gənc Alim və Mütəxəssislər Şuralarının sədrlərinin dəyişdirilməsinin əsas gətirərək, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının da bir çox bölmə katiblərinin yeniləri ilə əvəz olunmasının məqsədəuyğunluğunu qeyd etdi. Beləliklə, Şuranın fizika, riyaziyyat və texnika elmləri bölməsi katibliyi AMEA Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, humanitar elmlər bölməsi katibliyi isə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yıgıtoğluya həvalə olundu.

Sonda F.Salmanov İnstitut Şura sədrlərinə hesabatla bağlı tapşırıqlarını verdi.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roidə Rzayeva, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov, AMEA İnformasiya Texnologiyaları İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Məmməd Həşimov və AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış edərək, öz rəy və təkliflərini səsləndirdilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.