Fotos
AMEA BOTANİKA İNSTİTUTUNDA BİTKİ MÜXTƏLİFLİYİNİN MÜHAFİZƏSİ ÜZRƏ XARİCİ ƏMƏKDAŞLIQLAR MÖHKƏMLƏNDİRİLİR
Dek 17 , 2015 | 11:59 / Mühüm hadisələr
Oxunma ( 4408 )

Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığının (MTBT, Böyük Britaniya) Qafqaz üzrə yeni koordinatoru Aisyah Faruk AMEA Botanika İnstitutuna səfər edib. Səfərin məqsədi Botanika İnstitutu ilə MTBT arasında 2012-ci ildə bağlanmış memorandumun müddətinin uzadılması və yeni memorandumun imzalanmasının müzakirəsi olub. İnstitutun direktoru, AMEA-nın m.ü. Validə Əlizadə ilə görüş zamanı qonaq 2013-2015-ci illərdə Azərbaycanın yabanı bitki növlərinin mühafizə edilməsi məqsədilə həyata keçirilən “Qafqaz florasının mühafizəsi: “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi üzrə aparılan işlər və əldə olunan nəticələrlə yerində tanış olub. Bu layihənin 2016-2019-cu illərdə davam etdirilməsi imkanları, həmçinin, Azərbaycanın itmə təhlükəsi altında olan qiymətli ağac növlərinin qorunması istiqamətində yeni “Ağac Toxum Layihəsi”nin (2016-2019) həyata keçirilməsi üzrə iş planları müzakirə edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.