Fotos
AMEA Mikrobiologiya Gənc Alim və Mütəxəssislər Şurası 2015-ci ilə yekun vurub
Dek 17 , 2015 | 02:52 / Mühüm hadisələr
Oxunma ( 3389 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci il üzrə hesabat iclası keçrilib.  Şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Xəlilzadə İnstitutun elmi katibi, biologiya üzrə elmlər doktoru, dosent Fəridə Qəhrəmanova, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və digər gənclərin qarşısında hesabat məruzəsi ilə çıxış edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.