AMEA Gənc Alim və Mütəxəssislər Şurasında elmi bölmələrin hesabatı dinləniləcək
Dek 17 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 2952 )

24 və 28 dekabr 2015-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas Binasının kiçik akt zalında Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin 2015-ci il üzrə illik hesabat yığıncağı keçiriləcək. İlk iclas günündə Şuranın Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, Aqrar Elmlər və Gəncə bölmələrinin hesabat məruzələri dinləniləcək.

Növbəti iclas günündə isə Kimya, Yer, Humanitar, İctimai elmlər, Naxçıvan bölmələri və Şəki Regional Elm Mərkəzinin hesabatı olacaq. Hər iki iclas saat 14:30-da başlanılacaq. Müvafiq bölmə katiblərindən xahiş olunur ki, hazırladıqları məruzə və slayt təqdimatı 22 dekabr 2015-ci il tarixinə qədər AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etsinlər.

Bütün İnstitut Gənc Alim və Mütəxəssislər şuralarının sədr və müvavinlərinin iclaslarda iştirakı vacibdir.

 

 

 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.