Fotos
AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənclərlə görüş keçirdi
Dek 25 , 2015 | 02:24 / Mühüm hadisələr
Oxunma ( 7208 )

Bu gün Azərbaycan Milli Elmlər Akademyasının prezidenti, akademik Akif Əlizadə Akademiyada çalışan və magistratura, doktorantura təhsili alan istedadlı gənclərin bir qrupu ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə istedadlı, yaradıcı gənclərlə görüşdən məmnun olduğunu bildirib. O deyib ki, müasir dövrdə yüksək intellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir.

AMEA-nın prezidenti qeyd edib ki, bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. “Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması xüsusi olaraq nəzərə alınır”.

A.Əlizadə bildirib ki, hazırda, AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Onun sözlərinə görə, alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır. “İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, ABŞ-dan, Yaponiyadan, Koreyadan gəlir. Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə Prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər ediblər. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr hazırlığı məsələsidir və bu prosesdə istedadlı gənclərin potensialından səmərəli istifadə etməliyik”, - deyə AMEA prezidenti vurğulayıb.

Akademik bildirib ki, gənclərin elm sahəsinə marağının artması təqdirəlayiqdir. Onun sözlərinə görə, bundan sonra da gənc alimlərə fəaliyyət üçün daha yeni imkanlar yaradılacaq.

Daha sonra AMEA prezidenti, akademik A.Əlizadə görüşdə iştirak edən ayrı-ayrı institutlar üzrə çalışan gənc mütəxəssislərin fikirlərini dinlədi, suallarını cavablandırdı. Demək olar ki, gənclərin dilə gətirdiyi problemlər yerində həll olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.