Kimyaçı və kimyasevərlər üçün yeni jurnal çap olunacaq
Yan 11 , 2016 | 12:00 / Elmi nəşrlər
Oxunma ( 4950 )

Bu yaxınlarda kimyaçılar və kimyasevərlərin marağına səbəb olacaq, yeni nəşr işıq üzü görəcək. Belə ki, "Azerbaijan Chemical Society" bu ilin fevral ayından etibarən "Chemistry and Life" (Kimya və Həyat) adlı aylıq onlayn jurnalın buraxılışına başlayacaq. Bu haqda məlumat verən jurnalın təsisşilərindən, kimyaçı gənc mütəxəssis Elmir Babanın məlumatına görə, jurnalda oxucu auditoriyası və maraqlı tərəflər görmək istədiyi yazıları mesaj bölməsindən yazaraq və ya azecs2015@gmail.com e-mail adresinə elektron məktub göndərərək arzu və istəklərini bildirə biləcəklər: "Başlanğıc bu dərgi onlayn olacaq. Aylıq jurnal üçün keçid linkini səhifəmizdə paylaşacayıq. Saytımızın üzərində iş gedir və hazır olduqdan sonra isə saytda jurnala keçid link olacaq. Aprel ayında isə jurnalın çap versiyası işıq üzü görəcək. Jurnalın 2-ci buraxılışında məhz, oxucu arzu və istəklərlə bağlı elmi-publisistik janrda məqalələr də yer alacaqdır".

Təsisçilər jurnalın maraqla qarşılanacağına və geniş oxuyucu kütləsinə malik olacağına ümid edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.