AMEA-da elmin innovasiyalı inkişafı istiqamətində ciddi addımlar atılır
Yan 12 , 2016 | 12:08 /
Oxunma ( 3949 )

Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü ilə bu qurum 21 dekabr 2015-ci il tarixində mərkəzi qərargahı İspaniyanın Malaqa şəhərində yerləşən Elm Parkları və İnnovasiya Sahələri üzrə Beynəlxalq Assosasiyanın (IASP - International Association of Science Parks and Areas of Innovation) assosiativ üzvü olub.

Dünya miqyasında üzvlük əsasında fəaliyyət göstərən IASP-nın missiyası elm parkları və innovasiya sahələri üçün qlobal bir şəbəkə olmaq, beynəlmiləlləşməni və üzvlər üçün səmərəliliyi önə çəkməkdir. IASP-yə üzv olmaqla AMEA geniş həcmli informasiya bazasına, müvafiq beynəlxalq təcrübəyə və dünyanın 73 ölkəsindən təxminən 400 üzvü və 128000 innovativ şirkəti əhatə edən geniş şəbəkə ilə əlaqələrə çıxış əldə etmək imkanı qazanır.

Ümumilikdə innovasiya sahələri və elm və texnologiyalar parklarını idarə edən çox aktiv, peşəkar bir şəbəkəni koordinasiya etmək, bu sahələrdə yerləşən şirkətlər və elmi-tədqiqat institutları üçün yeni biznes imkanlarını gücləndirmək, yeni parkların və digər innovasiya sahələrinin inkişafı və artımına kömək etmək, eləcə də üzvlərin beynəlxalq imicini yüksəltmək üçün fəaliyyət göstərən IASP ilə əməkdaşlıq AMEA-ya şəbəkələşmə, bilik mübadiləsi, beynəlxalq imic və akkreditasiya imkanları açır.

İnnovativ elmi-tədqiqat işlərinin genişləndirilməsi və sənaye ilə daha sıx əməkdaşlıq yaratmağa çalışan AMEA IASP-yə üzv olmaqla gələcəkdə elm və texnologiya parkının yaradılması, burada elmi-innovativ layihələrin təkmilləşdirilərək sənayeyə tətbiq edilməsi üçün həm beynəlxalq əməkdaşlıq, həm də potensial investorların tapılması mexanizmlərini daha da inkişaf etdirə biləcək.

Xatırladaq ki, ölkəmizdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və AMEA-nın üzv olduğu IASP hər il müxtəlif mövzularda beynəlxalq konfranslar keçirir. 2015-ci ildə Pekində təşkil olunan 32-ci konfransın davamlı olaraq 2016-cı ildə Moskvada, 2017-ci ildə isə İstanbulda anoloji tədbirin keçirilməsi qərara alınıb. Konfranslarda AMEA IASP-nin üzvü kimi iştirak edəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.