AMEA bu il elm və mədəniyyət festivalları keçirəcək
Yan 19 , 2016 | 11:46 / Mühüm hadisələr
Oxunma ( 3587 )

“2016-cı ildə Azərbaycanda respublika üzrə elm və mədəniyyət festivallarının keçirilməsi planlaşdırılır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. O bildirib ki, elm və mədəniyyət festivallar “Multikulturalizm ili” çərçivəsində təşkil olunacaq: “Biz respublika üzrə elm festivalının keçirməklə, kitaba, mütaliəyə maraq oyatmaq istəyirik. Bu, bizim üçün çox zəruridir. Festival Bakıda, Naxçıvanda, Sumqayıtda, Lənkəranda təşkil ediləcək”.  

A. Əlizadə qeyd edib ki, respublika üzrə mədəniyyət festivalı AMEA və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Onun sözlərinə görə, AMEA Mərkəzi Elmi Kitabxanasının Alimlər Evinə çevrilməsi planlaşdırılır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.