Yan 21 , 2014 | 02:00 / Mühüm hadisələr
AMEA Rəyasət Heyətində yeni yaradılmış Gənc alim və mütəxəssislər şurasının iclası keçirilib.
İclasda AMEA prezidenti, akademik Akif Əlizadə ölkəmizdə gənc alimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir və nəticələrini gənc alimlər yaxın vaxtlarda görə biləcəklər. Akademik Akif Əlizadə Gənc alim və mütəxəssislər şurasının elmi nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Sonra açıq səsvermə yolu ilə şuranın idarə heyətinin üzvləri seçilib, sədr və sədr müavinləri müəyyənləşdirilib. İclasda idarə heyətinə 19 nəfər üzv seçilib.
AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoruFamin Salmanov Şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutununəməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayevaisə sədr müavinləri seçiliblər.