Məktəblilər AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında olublar
Yan 22 , 2016 | 12:56 / Görüşlər
Oxunma ( 4471 )

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri biologiya müəlliminin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında olublar. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsinin məlumatına görə, məqsəd botanika sahəsində aparılan müasir tədqiqat işləri ilə tanış olmaq və şagirdlərin bu fənn üzrə qazandıqları nəzəri bilikləri praktiki yolla möhkəmləndirmək  idi.
Şagirdlərə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunmasında və tədqiqində İnstitutun Herbari Fondunun rolu haqqında məlumat verildi, onlara Fondda saxlanılan bəzi tarixi nüsxələr göstərildi, həmçinin, herbari nümunələrinin hazırlanması və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi nümayiş etdirildi. Azərbaycanın fəxri olan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Muzeyin interaktiv vasitələrlə təchizi məktəblilərin marağına səbəb oldu. Onlara relikt ağaclardan bəziləri ilə Botanika Bağının canlı kolleksiyasında tanış olmaq imkanı da yaradıldı. Şagirdlər Bağa introduksiya olunmuş müxtəlif bitkilərlə (Azərbaycan florasına aid endem və nadir  bitkilər, dərman bitkiləri və s.) əyani tanış olmaqla yanaşı, bu bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda da geniş məlumat əldə etdilər.
Müəllim Adil Cəfərov Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının rəhbərliyi və əməkdaşlarına bu şəraiti yaratdıqlarına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu görüş şagirdlər üçün botanika fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərinləşməsi üçün çox əhəmiyyətli oldu.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.