AMEA-nın hər hansı institutunun bağlanması gündəmdə deyil
Yan 23 , 2016 | 02:00 /
Oxunma ( 2946 )

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının hər hansı institutunun bağlanacağı və birləşdiriləcəyi haqqında məsələ gündəmdə yoxdur.     Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, AMEA-nın strukturu Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənib: “Akademiya üçün yük olan 4-5 qurum bağlanıb. Büdcəyə qənaətlə bağlı çağırışlar cəmiyyətə ilk impulslarını verərkən akademiya bir necə qurumundan imtina etdi”.  AMEA-nın hər zaman qənaətlə işləyən müəssisə olduğunu deyən İ. Həbibbəylinin sözlərinə görə, indi akademiya maksimum qənaətlə işləməyi özünə daha vacib sayır: “Bunun üçün də AMEA hazırkı şəraitdə mümkün olan qənaətlər barədə düşünür. Ölkə iqtisadiyyatına, Azərbaycan elminə xidmət edəcək nə varsa, akademiya onu imkan daxilində həyata keçirəcək. Amma akademiya süni şişirtmələrə, arxayınlıqdan gələn meyillərə qətiyyən yol verməyəcək”. İ. Həbibbəyli qeyd edib ki, AMEA işçilərin elmi ezamiyyətləri, digər məsələlərlə bağlı zəruri olan təklifləri seçməklə büdcəyə qənaət etməyi fikirləşir. Onun sözlərinə görə, AMEA ezamiyyətlərin zərurilik dərəcəsini, elmi əhəmiyyətini, ölkə üçün faydasını yoxlayacaq. Bundan sonra isə zəruri olan ezamiyyətlər qəbul ediləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.