Elmi işçilərə kredit veriləcək, sosial müavinət ayrılacaq
Yan 31 , 2016 | 01:19 /
Oxunma ( 3965 )

“Azərbaycanda dövlət tərəfindən elmi işçilərə sosial müavinət ayrılacaq, doktorantlara isə təhsil xərclərinin ödənilməsi üçün uzunmüddətli güzəştli kredit ayrılacaq, onlardan xaricdə təhsil alanların maliyyə xərclərini təmin edəcək”. APA-nın xəbərinə görə, bu, ikinci oxunuşda yenidən hazırlanmış “Elm haqqında” qanunun 37.10 və 37.12-ci maddələrində təsbit olunub.<p">

<p">Qanunun 37.10-cu maddəsinə görə, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlərin verilməsini, elmi-tədqiqat, təcrübi sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində və elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir”. <p">  <p">Maddə 37.12-də isə deyilir ki, “Elmi müəssisələr və ali təhsil müəssisələri büdcədənkənar vəsaitləri hesabına elmi işçilərin və digər əməkdaşların əmək haqlarına əlavələr və sosial təminatlar müəyyən etmək hüququna malikdir”.<p">

<p">Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. <p"> 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.