Akademik Cəlal Əliyev dünyasını dəyişib
Yan 31 , 2016 | 08:59 /
Oxunma ( 3861 )

Akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Modern.az saytı xəbər verir ki, bu barədə haqqın.az saytına akademikin köməkçilərindən biri məlumat verib.

Bu gün saat 14:00-da AMEA-nın Əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək. Mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvanda anadan olub.  Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor idi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olub. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

Onun qardaşlarından biri - Heydər Əliyev Azərbaycan prezidenti, digər iki qardaşı Həsən Əiyev və Aqil Əliyev isə Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar. 

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.