AMEA Geologiya və Geofizika İnstitutunun alimləri Ukraynada elmi ezamiyyətdə olublar
Fev 01 , 2016 | 02:27 /
Oxunma ( 3773 )

AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsilə Ukrayna Milli Elmlər Akademiyasının “Dəniz geologiyası və çökmə filizəmələgəlməsi” bölməsi arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində 2012-ci ildən başlayaraq “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” mövzu ilə bağlı birgə tədqiqatlar aparılır. Beynəlxalq əhəmiyyətli elmi-tədqiqat işinin yerinə yetirilməsilə əlaqədar, 2013-cü ilin may ayında UMEA “Dəniz geologiyası və çökmə filizəmələgəlməsi” bölməsinin əməkdaşlarından ibarət qrup (akademik E.F. Şnyukovun rəhbərliyi altında) Azərbaycana gəlmişlər və eyni zamanda həmin ilin iyun ayında “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşlarından təşkil olunmuş heyət (prof. Ad.A. Əliyevin rəhbərliyi altında) Ukraynaya (Kerç yarımadası) elmi ezam olunmuşlar. İdiyədək, elmi tədqiqat mövzusunun öyrənilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində hər iki regionun palçıq vulkanları müxtəlif aspektlərdən təhlil olunmuş, onların oxşar və fərqli xüsusiyyətləri, həmçinin səbəbləri elmi əsaslandırılmışdır. Bu tədqiqatlarla bağlı, müştərək elmi əsərlər də nəşr olunub.

2017-ci ilə qədər davam etdirilməsi nəzərdə birgə elmi tədqiqat mövzusu üzrə müzakirə və təhlillərin aparılması məqsədilə, 26 - 29 yanvar tarixlərində “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, prof Adil Əliyev və aparıcı elmi işçisi Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov Ukraynanın Kiev şəhərinə ezam olunmuşlar. Ezamiyyət çərçivəsində, ilk dəfə olaraq Azərbaycan palçıq vulkanlarının yeni elmi istiqamətlər üzrə - fəsil və aksessor minerallarının öyrənilməsindən alınan nəticələrin geniş təhlilləri aparılıb. Belə qeyri ənənəvi istiqamətlər üzrə tədqiqatların aparlması hər iki regionun palçıq vulkanlarının mineraloji və geokimyəvi tətqiqi nəticəsində yeni məlumatların meydana gəlməsilə əlaqədardır. Bu tədqiqatlar palçıq vulkanlarının genetik xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə aparılır.

Ezamiiyyət çərçivəsində, Azərbaycanlı alimlər UMEA Geoloji Elmlər, Geokimya və Mineralogiya İnstitutlarında, eləcə də Ukrayna Dövlət Geoloji-Kəşfiyyat, Taras Şevçenko adına Kiev Dövlət Universitetinin Tədris-Elmi İnstitutu – Geologiya İnstitutlarında və Ukrayna Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ukrayna Geoloji və Mineral Sərvətlər Dövlət Xidmətində olmuşlar. Bu təşkilatların maddi-texniki bazası ilə tanış olan alimlərimiz, onların səlahiyyətli nümayəndələri ilə gələcəkdə hər iki regionun palçıq vulkanlarının, həmçinin yanar şistlərinin yeni istiqamətlər üzrə birgə tədqiqilə bağlı geniş müzakirələr aparmışlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.