Fotos
Gənclər Günündə ədəbiyyatçı gənc alimlər "İlin gənc alimi" mükafatı ilə təltif olunublar
Fev 02 , 2016 | 01:23 / Elmi müsabiqələr
Oxunma ( 5404 )

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər Gününün tarixindən danışıb.

Akademik İsa Həbibbəyli gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O, Gənclər və İdman Nazirliyinin yaradılmasının, müstəqil Azərbaycan Gənclərinin Ümumrespublika forumlarının keçirilməsinin, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsinin, çoxsaylı dövlət proqramlarının qəbulunun, dövlət gənclər siyasəti ilə bağlı fərman və sərəncamların imzalanmasının, geniş fəaliyyət proqramlarının təsdiq edilməsinin ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğı olduğunu bildirib. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çoxsaylı tədbirlər haqqında danışıb. Çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almalarının, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmalarının ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətin bir hissəsi olduğunu qeyd edib.Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva Şuranın ötən ildəki fəaliyyəti barədə məlumat verib.

Daha sonra “İlin gənc alimi” nominasiyası üzrə mükafatların qaliblərinin adları açıqlanıb. İsa Həbibbəyli 2015-ci ildəki elmi fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş Eşqanə Babayeva, Mehman Həsənov, Turan Teymurov və Maraq Yaqubovaya mükafatları təqdim edib.

Tədbirdə AMEA Gənc alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Fizika İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri , fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini daha da inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərimizin mühüm uğurlar qazandıqlarını vurğulayıblar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.