Fotos
AMEA Polimer Materialları İnstitutunun elmi işçisi “İlin gənc ixtiraçı alimi” adına layiq görülüb
Fev 04 , 2016 | 03:00 / Elmi müsabiqələr
Oxunma ( 3986 )

Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Park Palace”da 2 fevral – Gənclər Günü münasibətilə bayram tədbiri keçirildi.

Tədbirdə 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi və həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevralın Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunmasının 20 illiyini əks etdirən video çarx izləndi. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt gənclərini 2 fevral – Gənclər Günü münasibətilə təbrik etdi, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu xüsusi olaraq vurğuladı və daha sonra 2015-ci ildə müxtəlif sahələrdə fərqlənmiş bir qrup gənci fəxri fərmanlarla təltif etdi.

AMEA Polimer Materialları İnstitutunun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının elmi işçisi Nüşabə Arzumanova “İlin gənc ixtiraçı alimi” nominasiyasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.