Fev 04 , 2016 | 06:00 /
Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunda 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən İnstitutun direktoru, akademik Məmməd Salmanov və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gəncləri təbrik edib, öz fikir-mülahizələrini bölüşüblər.
AMEA Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüsalə Xəlilzadə 2015-ci ilin fəaliyyət planına uyğun seçilən gənclərdən söz salıb.
Sonra hesabat ilində fərqlənən İnstitutun Eksperimental mikologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Baxşəliyeva, Ekoloji mikrobiologiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova və Biokimya laboratoriyasının elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Xəlilzadə "İlin ən fəal gənc alimi", Eksperimental mikologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İradə Babyeva, Su mikrobiologiyası laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Anar Hüseynov, Biokimya laboratoriyasının kiçik elmi işçisi Əfsanə Hüseynova, Eksperimental mikologiya laboratoriyasının kiçik elmi işçisi Lalə Əliyeva, Mikrob fermentləri laboratoriyasının böyük laborantı Ayan Rzayeva və doktorant Kəmalə Alıkişiyeva "İlin fəal gənc alimi" adına layiq görülməklə, müvafiq sertifikatlarla təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.