Fev 05 , 2016 | 01:00 / Mühüm hadisələr
“Gənclər üçün Prezident Mükafatı”nın seçim mərhələsində iştirak edən 7 gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif olunacaq. Bu barədə qərar AMEA Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib.
Qeyd edək ki, AR Prezidenti İlham Əliyev 2 iyul 2013-cü il tarixdə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” fərman imzalamışdır. Fərmanın icrasını təmin etmək məqsədilə AMEA Prezidentinin sərəncamı ilə Akademiyanın elmi tədqiqat müəssisələri rəhbərlərinə yüksək elmi nailiyyətləri ilə fərqlənən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılmışdır. “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunacaq namizədin seçim mərhələsində bir qrup gənc əməkdaş öz bilik və bacarıqlarına görə xüsusi fərqlənmişdir.