T-limfositlərdən xərçəngin müalicəsində istifadə etmək olar
Fev 09 , 2016 | 03:09 /
Oxunma ( 4711 )

İnsan orqanizminin öz hüceyrələri xərçəngin bəzi növlərinə qarşı mübarizə aparmaq gücünə malikdir.

ABŞ və Böyük Britaniya alimlərinin apardıqları təcrübə T-hüceyrələrinin “maye” şişlərin, o cümlədən leykemiyanın müalicəsinə kömək edə biləcəyini üzə çıxarıb.

Tədqiqatçılar güman edirlər ki, onların təcrübəsinin nəticəsi onkoloji xəstəliklərə qarşı mübarizədə yeni və tutarlı söz deyə bilər. Bu yeni üsul kimyəvi terapiyadan daha səmərəli olmalıdır. T-hüceyrələrin tətbiqi insan orqanizmi üçün o qədər də dağıdıcı olmayacaq. Alimlər Avropada, ABŞ-da və Böyük Britaniyada əlavə geniş miqyaslı kliniki sınaqlar aparmaq niyyətindədirlər. Elmi eksperimentlərə müasir terapiyanın kömək edə bilmədiyi onkoloji xəstələr cəlb olunacaq.

Alimlər qeyd ediblər ki, T-hüceyrələr insan immunitetinin əsas hissəsidir. Müxtəlif infeksiyalara qarşı mübarizə bu hüceyrələrin funksiyasına aid olduğundan onlar müəyyən şəraitdə xərçəng xəstəliklərinə də qalib gəlmək iqtidarında ola bilər.

Alimlər donor T-hüceyrələri köçürməklə südəmər uşağı xilas edib, habelə qan hüceyrələrindən leykemiyanın müalicəsində istifadə edərək bir neçə uğurlu təcrübə aparıblar. Onlar hazırda T-hüceyrələrinin “bərk” şişlərə qarşı mübarizə aparacağını sübut etməyi planlaşdırırlar. Təcrübələr zamanı ekspertlər sarkoma şişlərini müalicə edə bilən səmərəli aparat hazırlamaq niyyətindədirlər.

www.science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.